Rəşidov Natiq Məmmədrza oğlu 2 sentyabr 1991-ci ildə Saatlı rayonunun Dədə Qorqud kəndində doğulub. 2020-ci ildə Tovuz döyüşlərindən sonra könüllü olaraq ordu sıralarına yazılmışdır..
21 sentyabr 2020-ci il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi təlimlərə cəlb olunmuşdur. Natiq Xocavənd rayonunun Hadrut qəsəbəsi uğrunda döyüşlərdə iştirak etmişdir. Döyüş yoldaşlarının dediyinə görə Natiq döyüşlərdə böyük qəhrəmanlıq göstərmiş və bir neçə düşmən tankını məhv etmişdir. Hadrut uğrunda döyüşlərdə itkin düşmüşdür. Təxminən bir ay sonra qəhrəmancasına şəhid olduğu məlum olmuş və 30 noyabrda doğulduğu Dədə Qorqud kəndində dəfn edilmişdir.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il Sərəncamı ilə Natiq Məmmədrza oğlu Rəşidov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının " Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il Sərəncamı ilə Natiq Məmmədrza oğlu Rəşidov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunmuşdur.