2021/09/nicat-1632250143.jpg

line
Adı: Atayev
Soyadı: Nicat
Ata adı: Habil
Doğum tarixi: 05.03.1994
Şəhid olub: 27.09.2020
Rütbəsi: Leytenant
Təltifləri
«Vətənə xidmətə görə» ordeni
Atayev Nicat Habil oğlu 5 mart 1994-cü ildə Mingəçevirdə doğulub. 2000-ci ildə Bakıda 200 №li məktəbdə təhsilə başlayıb. 10-cu sinifdən təhsilini Gəncədə 55 №li Kəlbəcər məktəbində davam etdirib.

Orta məktəbi bitirdikdən sonra 2011-ci ildə hərbi xidmətə yollanıb. Xidmətini Naxçıvan şəhərindəki hərbi hissədə keçib. 2013-cü ildə xidmətini başa vurduqdan sonra Gəncə Dövlət Universitetinin fiziki hazırlıq fakültəsinə daxil olub. Ali təhsili bitirdikdən sonra sənədlərini Müdafiə Nazirliyinə təqdim edib. 2019-cu ildə 3 aylıq zabitlik kursunu başa vurduqdan sonra Füzulidə hərbi xidmətə başlayıb.

2020-ci il sentyabrında başlanan II Qarabağ müharibəsində fəal iştirak edib, döyüşə ilk atılanlardan olub. Elə ilk gündə şəhadətə yüksələn Nicat Vətən müharibəsinin ilk şəhidlərindəndir.

Son dəfə qardaşı Ülvi ilə sosial şəbəkədə yazışan Nicat vəziyyətin gərginliyini ona bildirib və son tapşırıqlarını verib.

Nicat Atayev şəhadətindən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.