2021/04/18805-1617732581.jpg

line
Adı: Mansurov
Soyadı: Elçin
Ata adı: Elşən
Doğum tarixi: 25.11.1984
Şəhid olub: 27.09.2020
Rütbəsi: mayor
Təltifləri
«Vətən Müharibəsi Qəhrəmanı» medalı«Vətən uğrunda» medalı«Xocavəndin azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı

Elçin Elşən oğlu Mansurov 1984-cü il noyabrın 25-də Bakıda doğulub. Əslən Yardımlı rayonunun Kürəkçi kəndindəndir. Birinci sinfə Binə qəsəbəsində yerləşən 149 nömrəli məktəbdə başlayıb. Sonradan təhsilini Yasamal rayon 286 saylı orta məktəbdə davam etdirib. Sonuncu 8-11-ci sinifləri isə öz doğma yurdu olan Yardımlının Kürəkçi kəndində oxuyub. 2003-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. Təhsilini bitirdikdən sonra təkmilləşdirmə kursları keçib. 2007-ci il iyul ayından Tovuz rayonunda leytenant rütbəsi alaraq kəşfiyyatçı kimi xidmətə başlayıb. Ömrünün böyük hissəsini hərb sənətinə və Vətənə xidmətə həsr edən Elçin Mansurov Tovuz, Murovdağ, Göygöl və Füzuli rayonlarında xidmət edib.


O, kəşfiyyatçı olduğu müddətdə düşmən tərəfinə keçir və hər dəfə səfərləri "qanla" bitərmiş. Düşmən ona ləqəb də qoyub. Həmçinin, onu döyüş yoldaşları "Kəşfiyyatın vuran əli", "Tənha canavar", "Boz qurd" da adlandırıblar. 13 illik xidməti dövründə 6 medalla, dəfələrlə fəxri fərmanla təltif olunub. 2020-ci ilin yayında mayor rütbəsinə yüksəlib.


Mayor Elçin Mansurov həm də 2016-cı ildə "Aprel savaşı"nda da cəsurluğunu sübut etmişdi.


Elçin Mansurov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.


 Vətən müharibəsində Elçinin komandirliyi altında 24 nəfərlik qrupdan ibarət heyət heç bir itki vermədən düşmən postunu ələ keçirib. Yenə də sonrakı döyüşlərdə 17 şəhid, 5 yaralı olmaqla qisa müddət ərzində düşmənin olduqca strateji əhəmiyyətli 3 postunu ələ keçirib, 30 ildən sonra azad olunmus mövqeyə bayrağımızı sancıb. İkinci hücum zamanı isə, cəmi 45 dəqiqə ərzində, düşmənin 2 tağımını darmadağın etdib. Sonra qorxmaz qəhrəmanımız mayor Elçin Mansurov tabeçiliyində olan qrupdan ayrılaraq, düşmən bölmələrinin yerləşdiyi dərinliklərə təkbaşına hücum edərək, daha 22 düşmən əsgərini tək başına məhv edib geri qayıdan zaman 27 sentyabr tarixində “Buğra dərəsi” adlanan ərazidə düşmən snayperi tərəfindən vurularaq şəhidlik zirvəsinə yüksəlib. ..


 II Fəxri Xiyabanda dəfn olunub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Elçin Mansurov ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı", "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.