Vüqar İsmayılov 2020-ci il iyulun 28-i həqiqi hərbi xidmətə çağırılmışdır. Oktyabrın 4-ü Suqovuşan döyüşündə şəhid olmuş, 17-si Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamı ilə əsgər İsmayılov Vüqar Məhəmməd oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.