Kərim Yusifov Həsrət oğlu 1995-ci il avqustun 1-də Goranboy rayonunun Fəxralı kəndində anadan olub. 2001-ci ildə Fəxralı kəndindəki T. Sadıqov adına Faxralı kənd tam orta məktəbinin 1-ci sinfinə qəbul edilib və 2012-ci ildə həmin məktəbi bitirib.
Hərbi xidmətini başa vurduqdan sonra 2016-сı ildən etibarən Tərtər rayonunda N saylı hərbi hissədə MAXE hərbi qulluqçu kimi işə başlayıb. 2020-ci ilin sentyabr ayında məzuniyyətdə olmasına baxmayaraq, vəziyyətlə əlaqədar olaraq sentyabrın 26-da geriyə, hərbi hissəyə qayıdıb.
Vətən müharibəsi zamanı Tərtər rayonunun Talış və Suqovuşan kəndlərinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşüb və döyüşlərin ilk günündə, sentyabrın 27-də şəhid olub. Goranboy rayonunun Fəxralı kəndində dəfn olunub.
Ölümündən sonra "İgidliyə görə" , "Laçının azad olunmasına görə" , "Suqovuşanın azad olumasına görə" və “Vətən uğrunda” medalları ilə təltif olunub.