2021/04/xudus-1617796492.jpg

line
Adı: Kazımov
Soyadı: Xuduş
Ata adı: Həsən
Doğum tarixi: 08.09.1988
Şəhid olub: 02.10.2020
Rütbəsi: MAHHXHQ əsgər

Xuduş Həsən oğlu Kazımov 988-ci il, sentyabrın 8-də Rusiya Federasiyasının Moskva şəhərində doğulub. 2004-cü ildə Gəncə şəhər 20 nömrəli tam orta məktəbin 9-cu sinfini, 2008-ci ildə Gəncə Texniki Kollecini (indiki Gəncə Dövlət Regional Kolleci) bitirib.

2008-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılıb. 2019-cu ilin may ayında MAXE hərbi qulluqçu kimi Azərbaycan Ordusunda xidmət etməyə başlayıb.

27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. Xuduş Kazımov Vətən müharibəsində iştirak edərək, Murov Zirvəsi, Kəlbəcər rayonu istiqamətlərində döyüşüb.

2 oktyabr 2020-ci ildə Kəlbəcər rayonu istiqamətlərində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.



Nəşi 110 gün sonra tapılıb və 20 yanvar 2021- ci il tarixində Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

Şəhidimizin həyat yoldaşı Əfsanə Kazımova Xuduşla sonuncu telefon zəngindən danışıb: “Mənimlə vidalaşdı. Heç nə soruşmağımı istəmədi. Bir kəlmə dedi ki, Qarabağ məsələsini həll edəcəyik, övladlarımıza qalmayacaq ”.

Ailəli idi. 5 yaşlı Fatma adına qızı və 2 yaşlı Əbdülkərim adına oğlu Vətənə yadigar qalıb.