2011-ci ildə hərbi xidmətini başa vuran İbrahim Etibar oğlu 2020-ci ildə yenidən ordu sıralarına qayıdıb. 18 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun MAXE HQ - əsgəri, XTQ-nin kəşfiyyatçısı kimi Qarabağda aparılan hərbi əməliyyatlara qatılıb. İbrahim İbrahimov Füzuli, Cəbrayıl, Zəngilan və Xocavəndin düşmən işğalından azad olunmasında böyük şücaət göstərib.
30 oktyabr 2020-ci ildə Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 2 noyabr 2020-ci ildə Naxçıvan şəhər məzarlığında dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim Etibar oğlu İbrahimov ölümündən sonra
"Vətən uğrunda" medalı, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən
“İgidliyə görə” medalı, Xocavənd və Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən
“Xocavəndin azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.