2013-cü ildə Naxçıvan şəhərindəki Heydər Əliyev adına hərbi liseyə qəbul olub. 2016-cı ildə həmin liseyi fərqlənmə ilə bitirib. 2016-cı ildə Bakı şəhərindəki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olaraq 4 il burada təhsil alır, hərbi bilik keyfiyyətlərini püxtələşdirir.
2018-ci ildə AAHM-də fərqləndiyinə görə "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018 )" yubiley medalı ilə təltif olunub. 2020-ci ildə hərbi akademiyasını fərqlənmə ilə bitirib leytenant hərbi rütbəsi alır. İyul ayından Goranboyda yerləşən “N” saylı hərbi hissədə xidmətə başlamışdır. 2020-ci ilin iyun ayında Azərbaycan tarixinə “Tovuz döyüşləri” kimi düşən savaşın iştirakçısı olur.
27 sentyabr 2020-ci ildə başlanan İkinci Qarabağ Savaşına qoşulan gənc zabit Ümid Fərman oğlu Məmmədov oktyabr ayının 5-də Suqovuşan istiqamətində şəhid olur.
Şəhid leytenant Məmmədov Ümid Fərman oğlunun nəşi 18 oktyabr 2020-ci ildə Nehrəm qəsəbə şəhidliyində torpağa tapşırılmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmmədov Ümid Fərman oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.