2021/09/h-1631819410.jpg

line
Soyad: Abbasov
Ad: Hüseyn
Ata adı: Əlizadə
Doğum tarixi: 10.10.2016
Şəhid olub: 06.10.2020
Rütbə: Gizir
Təltifləri
«Vətən uğrunda» medalı«Suqovuşanın azad olunmasına görə» medalı«Kəlbəcərin azad olunmasına görə» medalı
Hüseyn Əlizadə oğlu Abbasov 1993-ci il, fevralın 13-də Hacıqabul rayonunda anadan olub. Vətən Müharibəsinə qədər 2016-cı il, 2-5 aprel tarixlərində baş verən döyüşlərdə iştirak etmişdi.

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Hüseyn Abbasov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Murovdağın və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Hüseyn Abbasov oktyabr 6-da Suqovuşan döyüşləri zamanı şəhid olub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hüseyn Abbasov ölümündən sonra  "Vətən uğrunda" medalı ilə təltif edilib.


Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Hüseyn Abbasov ölümündən sonra  "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.


Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Hüseyn Abbasov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.