2021/04/Seymu-1617882116.jpg

line
Soyad: Abasov
Ad: Seymur
Ata adı: Adil
Doğum tarixi: 10.08.1999
Şəhid olub: 29.10.2020
Rütbə: MAHHXHQ əsgər
Təltifləri
«Vətən uğrunda» medalı
Seymur Adil oğlu Abasov 10 avqust 1999-cu ildə Cəlilabad rayonunun Buravar kəndində dünyaya göz açıb. Orta təhsilini bitirdikdən sonra 2017-ci ildə hərbi xidmətə yollanıb, Tərtər rayonunda hərbi xidmət müddətini davam etdirib. Müddətli həqiqi hərbi xidmət müddəti bitdikdən sonra Seymur mülki şəxs olaraq fəaliyyətini davam etdirib.

29 sentyabr 2020-ci ildə Seymur Abasov könüllü olaraq erməni işğalı altında olan ərazilərimizin azad edilməsi uğrunda başlanan Vətən müharibəsinə qatılıb. Cəbrayıl, Füzuli döyüşlərində vuruşub. Tağım komandiri olaraq xidmətini davam etdirən Seymur Abasov 29 oktyabr 2020-ci ildə Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur Abasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.