2021/04/16116-1617882390.jpg

line
Adı: Abbaslı
Soyadı: Elgiz
Ata adı: Fuad
Doğum tarixi: 21.05.1998
Şəhid olub: 10.10.2020
Rütbəsi: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı
Vətən Müharibəsi şəhidi Elgiz Fuad oğlu Abbaslı 1998-ci il mayın 21-də Sabirabad rayonunda anadan olub. 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətə başlayıb.

Azərbaycan Ordusunun əsgəri Elgiz Abbaslı 2020-ci il sentyabrın 27-də işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsinə qatılıb, oktyabrın 10-da şəhidlik zirvəsinə ucalıb.



Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına müvafiq olaraq Elgiz Abbaslı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.