2021/04/16084-1617887690.jpg

line
Adı: Sadıqlı
Soyadı: Məmmədhəsən
Ata adı: Meydan
Doğum tarixi: 21.02.1992
Şəhid olub: 27.10.2020
Rütbəsi: baş leytenant
Təltifləri
«Vətən uğrunda» medalı«Xocavəndin azad olunmasına görə» medalı«Şuşanın azad olunmasına görə» medalı«Hərbi xidmətlərə görə» medalı«Azərbaycan Ordusunun 100 illiyi» yubiley medalı«Hərbi xidmətdə fərqlənməyə görə» medalı (III dərəcə)
Sadıqlı Məmmədhəsən Meydan oğlu 1992-ci il 21 fevralda Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Dəmirçi kəndində anadan olub. 1998-ci ildə Dəmirçi kənd 1 nömrəli tam orta məktəbdə təhsil almağa başlayıb. Məktəbdə təhsil aldığı muddət ərzində idmanın sərbəst-güləş növü ilə məşğul olub. Və bir çox yarışlarda qalib gəlib.


2007-ci ildə Naxçıvandakı Heydər Əliyev adına Hərbi Liseyə daxil olub. 2010-cu ildə isə burani bitirib, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. 2014-cü ildə buradan məzun olub və leytenant hərbi rütbəsini alıb. 1 il Silahlı Qüvvələrin TTM-də zabit ixtisas kursunu keçib. 2015-ci ildə isə təyinatı üzrə Muxtar Respublikaya – Culfaya göndərilib. 2017-ci ildə baş leytenant rütbəsini alıb.



Xidməti ərzində Günnüt döyüşlərində iştirak edib. Günnütdə böyük şücaətlər görsətdiyinə görə Azərbaycan Respublikasının Prezidentinin adından Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin əmri ilə 26 iyun 2018-ci ildə hərbi xidmətdə fərqlənməyə görə baş leytenant Sadıqlı Məmmədhəsən “Hərbi Xidmətdə Fərqlənməyə görə” 3-cü dərəcəli medal, həmçinin həmin tarixdə “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə təltif olunub.


2018-ci ildə Türkiyədə Komando Təməl Kursunu Azərbaycan üzrə müvəffəqiyyətlə və birinciliklə bitirib. Daha sonra isə 2019-cu ildə baş leytenant Sadıqlı Məmmədhəsən Əlahiddə Ümumqoşun ordu üzrə "Ən yaxşı kəşfiyyat (XT) bölüyü" yarışında yüksək nailiyyətlər əldə etdiyinə görə fəxri fərman ilə təltif olunub.



Hərb sahəsində olduğu müddətdə dəfələrlə sərbəst güləş yarışlarında iştirak edərək böyük nailiyyətlər əldə edib.


2020-ci il sentyabrın 27-də başlamış İkinci Qarabağ Savaşında Naxçıvan XTQ heyəti ilə birlikdə 25 oktyabr 2020-ci ildə Füzuli istiqamətində yola düşüb. Oktyabrın 27-də Şuşa döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb.

Şərur rayon Şəhidlər xiyabanında dəfn olunub.

2014-cü ildə ailə həyatı qurub və Uğur adında bir övladı yadigar qalıb .




Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Məhəmmədhəsən Sadıqlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alan, Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 29 dekabr tarixli Sərəncamına əsasən ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə, 2020-ci il 30 dekabr tarixli Sərəncamına əsasən isə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.

Xocavəndin işğaldan azad edilməsi uğurunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 24 iyun tarixli Sərəncamına əsasən "Xocavəndim azad olunmasına görə" medalı ilə təltif edilib.