2021/04/EoZCR-1617954398.jpg

line
Adı: Orucov 
Soyadı: Xalid
Ata adı: Saleh
Doğum tarixi: 07.08.1996
Şəhid olub: 12.10.2020
Rütbəsi: Leytenant
Təltifləri
«Vətən uğrunda» medalı

Müharibə varsa, şəhid də var, qazi də, itkin də... Nə yazıq ki, bu müharibəmiz də qurbanlarsız ötüşmədi. Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igid qazi adını qazandı. Bu igidlərdən biri də Azərbaycan Silahlı Qüvvələrinin şəhid leytenantı Xalid Orucovdur.


Xalid Saleh oğlu Orucov 1996-cı il avqustun 7-də Neftçalanın Aşağı Surra kəndində anadan olub. 2013-2017-ci illərdə H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb.


Leytenant X.Orucov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, oktyabrın 12-də Xocavənd döyüşləri zamanı şəhid olub və Neftçalada torpağa tapşırılıb.


Azərbaycan Ordusunun leytenantı olan Xalid Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xalid Orucov oktyabrın 12-də Xocavənd döyüşləri zamanı şəhid olub.  Neftçala rayonunda dəfn olunub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xalid Orucov ölümündən sonra  "Vətən uğrunda" medalı ilə təltif edildi.