2021/04/Scree-1617972224.jpg

line
Adı: Hüseynov
Soyadı: Vüsal
Ata adı: Yəhya
Doğum tarixi: 10.06.2001
Şəhid olub: 08.11.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Zəngilanın azad olunmasına görə» medalı
Uzun illər işğal altında qalan torpaqların azad edilməsi üçün igid oğullar sinələrini sipər etdilər, polad biləkləri düşmənin başında şimşək kimi çaxdı, güllələri qurtaranda erməni əsgər və zabitlərini dişləri ilə diddilər, əlbəyaxa döyüşlərdə isə yadelliləri yerlə bir ediblər. Vətən müharibəsi Azərbaycan ordusunun gücünü və müasirliyini, peşəkarlığını, döyüş qabiliyyətini, manevr etmək imkanlarını, əsgər və zabitlərimizin qəhrəmanlığını bütün dünyaya nümayiş etdirib. Şanlı qələbənin qazanılmasında Vüsal Hüseynovun da xidməti olub, qanı tökülən torpaqlar 44 günə işğalçılardan azad edilib.

Hüseynov Vüsal Yəhya oğlu 2001-ci ilin 10 iyul tarixində Lənkəran rayonunun Velədi kəndində anadan olub. 2007-2016-cı illərdə Lənkəran şəhərinin 8 nömrəli orta məktəbində təhsil alıb. Daha sonra təhsilini Lənkəran Texniki Kollecində davam etdirib. 2019-cu ilin oktyabr ayında müddətli həqiqi hərbi xidmətə çağırılıb. Əsgər Hüseynov Vüsal Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin Çevik Hərəkət Briqadasında atıcı vəzifəsində xidmət etdiyi müddətdə intizamı, nizamnamələrin tələblərinə sözsüz və dəqiq riayət etməsi ilə fərqlənib.

İşğal altında olan torpaqların düşmən tapdağından azad olunması onun ən böyük arzusu olub. Gələcəkdə peşəkar hərbçi kimi ordu sıralarında xidmətini davam etdirərək istəyirdi. Lakin mənfur düşmənlərimizin başlatdığı müharibə Vüsalın bu arzusuna çatmasına imkan vermədi. Vətən müharibəsinə qoşulan Vüsal 43 gün döyüşlərdə igidlik və şücaət göstərib, bir neçə dəfə yaralı hərbçi yoldaşlarını döyüş meydanından çıxararaq onların həyatını xilas edib.

Zəngilan rayonu ərazisində Ermənistanla sərhəddə yerləşən yüksəklik azad olunduqdan sonra düşmənin əks hucumunun qarşısını alarkən 8 noyabr 2020-ci il tarixdə qəhrəmancasına şəhid olur. 09 noyabr 2020-ci ildə doğulduğu kənddə torpağa tapşırılır.

Əsgər Hüseynov Vüsal Yahya oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “İgidliyə görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunub.