2021/04/Scree-1617972924.jpg

line
Adı: Qasımov
Soyadı: Murtaza
Ata adı: Elman
Doğum tarixi: 02.10.2001
Şəhid olub: 08.11.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Zəngilanın azad olunmasına görə» medalı
2 oktyabr 2001-ci il Cəlilabad rayonunun Gülməmmədli kəndində anadan olmuşdur. 2008-2019-cu illərdə həmin kəndin Əli Kərimov adına tam orta məktəbində təhsil almışdır. 2019-cu il oktyabr ayından müddətli həqiqi hərbi xidmətə çağırılmışdır.

Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin Çevik Hərəkət Briqadasında xidmətə başlayan əsgər Qasımov Murtaza intizamı və çalışqanlığı ilə seçilmiş, komandirlərinin və yoldaşlarının rəğbətini qazanmışdır. İçdiyi hərbi anda daim sadiq olan Murtuzanın ən böyük arzusu işğal altında olan vətən torpaqlarının düşməndən azad edilməsi idi.

Vətən müharibəsi başlayanda o, da digər əsgər yoldaşları kimi torpaqlarımızın azad olunması uğrunda döyüşlərə qoşuldu. Cəbrayıl və Zəngilan rayonlarının düşməndən azad olunması uğrunda döyüşlərdə iştirak etmişdir. Zəngilan rayonu ərazisində Ermənistanla sərhəddə yerləşən yüksəkliklərin düşməndən azad olunması uğrunda gedən döyüşlərdə fərqlənmişdir. Belə döyüşlərdən birində 8 noyabr 2020-ci il tarixdə - qələbəyə 1 gün qalmış 811.0 yüksəkliyinin azad olunduqdan sonra düşmənin əks hucumunun qarşısını alarkən qəhrəmancasına şəhid oldu.  Subay idi.

Əsgər Qasımov Murtaza Elman oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən “Vətən uğrunda“, İgidliyə görə”  “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

9 noyabr 2020-ci il tarixdə Cəlilabad rayonunun Gülməmmədli kəndində dəfn edilib.


memorial.az