Bir bacının yeganə qardaşı olan Elşən Zeynalov, doğmaları ilə oktyabrın 12-nə qədər əlaqə saxlayıb. Sonuncu dəfə atasına özündən və ailə üzvlərindən muğayat olmağı tapşırıb.
Düzqışlaq kəndinin daha bir şəhidi Eldar Baxşıyevdir.
Nənəsi Rahilə Məsimova böyük nəvəsi olan Eldarın çağırış vərəqəsi alarkən sevinərək döyüşə yollandığını deyir.
Torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın ruhu şaddır. Çünkü düşmən tapdağından azad edilən torpaqlarımızda artıq Azərbaycan bayrağı dalğalanır.