2020-ci il sentyabr ayının 29-da qismən səfərbərlik haqqında sərəncama əsasən, Maarif Həsənov Vətən müharibəsinə yollanıb.Maarif təxminən 7 ay əvvəl həqiqi hərbi xidmətdən qayıtmışdı. Oktyabr ayının 12-dən ailəsi Maarifdən xəbər ala bilməyib.Nəhayət, 35 gündən sonra Maarif Rahim oğlu Həsənovun 2020-ci il noyabrın 17-də Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olması xəbəri gəlib. Öz komandiri ilə şiddətli döyüşdən geri dönərkən gözlənilmədən 7 nəfər erməni əsgəri ilə qarşılaşan Maarif özünü itirmir və əlindəki qumbara ilə 4 ermənini məhv edir. Sağ qalan 3 ermənidən biri Maarifə atəş açır və o, həlak olur. Maarifin komandiri isə qalan 3 ermənini öldürür, özü isə ağır yaralanır. Sonradan hərbi xəstəxanada müalicə olunarkən Maarifin valideynlərinə zəng edərək Maarifin onun həyatını xilas etdiyini bildirir və belə igid, qeyrətli, vətənpərvər oğul böyütdüklərinə görə onlara ürəkdən təşəkkür edir.
Maarif Həsənov Göyçay rayonunda Şəhidlər Xiyabanında dəfn edilib.
Maarif Rahim oğlu Həsənov ölümündən sonra
“Vətən uğrunda” medalı ilə təltif edilib.
Belə bir müdrik deyim var:Qəhrəman doğulmurlar, qəhrəman olurlar! Həqiqətən, çox real və ibrətamiz deyimdir. Göyçayın qəhrəman şəhid oğlu Maarif Həsənovun mərd, cəsur və cəsarətli hərəkəti bu müdrik deyimi bir daha təsdiqlədi.