Vətən müharibəsində böyük şücaətlə döyüşən və Azərbaycanın ərazi bütövlüyü, Vətən torpaqlarının azadlığı uğrunda Şəhadət zirvəsinə ucalan şəhidlərimizdən biri də Məmmədov Cavid İlham oğludur.
Cavid Məmmədov 1990-cı il oktyabrın 18-də Şəmkir rayonu Yeniabad kəndində dünyaya göz açmışdır. Talış kəndinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. 28 sentyabr 2020-ci ildə kəndin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub. Şəhadətindən sonra "İgidliyə görə" , "Laçının azad olunması" , "Suqovuşanın azad olunması" , “Vətən uğrunda” medalları ilə təltif edilib.
Qeyd edək ki, şəhidin qardaşı Məmmədov Çingiz İlham oğlu da 2-ci Qarabağ müharibəsində şəhid olub. Şəhidin anası bildirib ki, itkin düşən oğlu
Çingiz Murovdağda döyüşürdü: "Onunla axırıncı dəfə sentyabrın 29-u danışdıq, hər şey yaxşıdır, dedi. O vaxtdan heç bir xəbər ala bilmədik. Qospitalları gəzdik, DNT analizi verdik, hər yerdə axtardıq. Daha sonra Cəbrayıldan sənədləri tapıldı, ancaq özünü gördüm deyən olmadı. Adı itkin düşənlər siyahısında var. Çingizimin 2 azyaşlı oğlu var. Böyük oğlum Cavid isə 4 oktyabrda şəhid olub. Onun da azyaşlı 2 övladı var. Artıq Cavidin 40-ı çıxıb, ancaq atası hələ də saqqallı gəzir, deyir, Çingiz gələndə yasdan çıxacağam. Bizim başqa övladımız yoxdu. Vətən sağ olsun, razıyıq ki, bir ayağı, qolu olmasın, ancaq nəfəsi gəlsin".