2021/04/12689-6471914356.jpg

line
Adı: Əliyev
Soyadı: Şaməddin
Ata adı: Qafqaz
Doğum tarixi: 08.10.1990
Şəhid olub: 29.09.2020
Rütbəsi: MAHHXHQ kiçik çavuş
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Suqovuşanın azad olunmasına görə» medalı«Laçının azad olunmasına görə» medalı

Azərbaycan Silahlı Qüvvələrinin MAHHXHQ kiçik çavuşu, Vətən müharibəsi şəhidi Əliyev Şaməddin Qafqaz oğlu oktyabrın 8-i 1990-cı ildə Goranboyun Balakürd kəndində doğulub.


Şaməddin Əliyev Talış kənd və Suqovuşan yaşayış məntəqəsinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. 29.09.2020-ci ildə Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.



Yaralı olduğu halda döyüş meydanından çıxmaqdan imtina edən qəhrəmanımız, "dostlarım orada ola-ola mən xəstəxanaya gedə bilmərəm" deyib döyüşə davam edib.
Yaralı halda döyüşə davam edən Şaməddin ağır döyüşlərin birində şəhidlik zirvəsinə ucalıb.Şaməddin eyni zamanda ağırlıqqaldırma üzrə respublika çempionu və bir sıra turnirlərin qalibi olub.


Şəhadətindən sonra "İgidliyə" görə, "Laçının" azad olunması medalı, "Suqovuşanın" azad olunması medalı,  “Vətən uğrunda” medalı ilə təltif edilib.