2021/04/royal-1617979097.jpg

line
Adı: Aslanov
Soyadı: Röyal
Ata adı: Erzar
Doğum tarixi: 17.05.2001
Şəhid olub: 29.09.2020
Rütbəsi: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Suqovuşanın azad olunmasına görə» medalı«Laçının azad olunmasına görə» medalı
Röyal Elzar oğlu Aslanov 2001-ci il mayın 17-də Tovuz rayonunun Abulbəyli kəndində anadan olub. 2008-ci ilin sentyabr ayında N.Tusi adına Tovuz şəhər tam orta məktəbin 1-ci sinfinə gedib, 5-ci sinfədək burada oxuyub. 2013-cü ildə ailəsi ilə birlikdə yaşayış yerini dəyişdiyi üçün orta məktəb təhsilini Rusiya Federasiyasının Tümen vilayətinin Nadım şəhəri, Panqodı qəsəbəsindəki 1 saylı məktəbdə davam etdirib.

Röyal hələ 3-cü sinifdən güləş və boksla məşğul olub. Tümendə oxuyarkən də idmanla məşğul olmağa davam edib, boks üzrə şəhər və vilayət yarışlarına qatılıb, fəxri yerlər tutub. 2017-cı ildə boks üzrə 16-17 yaşlı gənclər arasında 2-ci yerə, 2018-ci ilin may ayında 1-ci yerə çıxıb.
Sonra doğma Vətənə dönən Röyal, 2019-cu ilin iyununda həqiqi hərbi xidmətə gedib. Hərbi xidmətini Tapqaraqoyunludakı “N” saylı hərbi hissədə keçən gəncimiz, Azərbaycan Böyük Vətən Müharibəsi başlayandan döyüşlərə qatılıb, Tərtər, Füzuli istiqamətlərində gedən döyüşlərdə iştirak edib.

Soyadına uyğun aslanlar kimi döyüşən qorxmaz Röyal Aslanov, 29 sentyabrda Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub, 30 sentyabrda Tovuz şəhər qəbristanlığında dəfn olunub.

Röyalgil ailədə bir qardaş, bir bacı olub. Çox saf tərbiyəli, vətənpərvər övlad olub Röyal. Hərbi xidmətdə olan zaman, fürsət düşdükcə atası, anası və bacısı ilə telefonla danışırmış. Böyük ruh yüksəkliyi ilə deyirmiş: “Hər şey yaxşıdır. Sizə zəng vurmasam, narahat olmayın”.

Biz Sizdən narahat deyilik, əziz şəhdlərimiz! Siz mərtəbələrin ən gözəlindəsiniz: Şəhidlik mərtəbəsində! Məkanların ən ülvisindəsiz: Cənnətdə! Siz də bizdən narahat olmayın – bu dünyanın cənnəti Şuşa bizdədir – cənnət şəhərimiz də, milli ruhumuz da azaddır artıq!

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Röyal Aslanov ölümündən sonra "İgidliyə görə", "Laçının azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" və “Vətən uğrunda” medalları ilə təltif edilib.