Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsində qəhrəmancasına şəhid olan əsgərlərdən biri də Elməddin Telman oğlu Abdullayevdir. O, 2001-ci il fevralın 13-də Quba rayonun Qam-qam kəndində anadan olub. 2018-ci ildə şəhid Mübariz Abdullayev adına Qam-qam kənd tam orta məktəbini bitirib. 2019-cu ilin aprel ayında isə hərbi xidmətə yollanıb.
Hərbi xidmət dövründə rəis və komandir heyətinin rəğbətini qazanan Elməddin ən yaxşı əsgər kimi fərqlənib. Xidmətinin sona çatmasına bir neçə gün qalmış Vətən müharibəsi başlayıb. Əsgər Elməddin Abdullayev də "Dəmir yumruq" hərbi əməliyyatına qatılır və sentyabrın 30-unda Talış kənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra "İgidliyə görə", "Laçının azad olunması uğrunda", "Suqovuşanın azad olunması uğrunda", “Vətən uğrunda” medalları ilə təltif edilib.
Şəhidin həyat yolu ilə bağlı ətraflı video məlumatı təqdim edirik: