2021/09/downl-1632166492.jpg

line
Adı: Məmmədli
Soyadı: Kənan
Ata adı: Vəfadar
Doğum tarixi: 30.05.2002
Şəhid olub: 30.09.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Suqovuşanın azad olunmasına görə» medalı«Laçının azad olunmasına görə» medalı

Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsində qəhrəmancasına şəhid olan əsgərlərdən biri də Məmmədli Kənan Vəfadar oğludur.


 Kənan Məmmədli 30.05.2002-ci il tarixdə Qax rayonu, Tasmalı kəndində anadan olub.


Əsgər Kənan Məmmədli Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Talış kəndinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Sentyabrın 30-unda Talış kənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidimiz subay idi.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Kənan Məmmədli ölümündən sonra "İgidliyə" görə, "Laçının azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" və “Vətən uğrunda” medalları ilə təltif edilib.