2021/04/12708-1618157838.jpg

line
Adı: Abdullayev
Soyadı: Əkram
Ata adı: Azad
Doğum tarixi: 21.02.1998
Şəhid olub: 29.10.2020
Rütbəsi: MAHHXHQ əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Füzulinin azad olunmasına görə» medalı«Qubadlının azad olunmasına görə» medalı
Əkram Abdullayev 21 fevral 1998-ci ildə Cəlilabad rayonunun Qarakazımlı kəndində anadan olub. 2016-ci ildə şəhid Murad Muradov adına Qarakazımlı kənd tam orta məktəbi bitirib. 2017-2019-cu illərdə N saylı hərbi hissədə xidmət edib.

2019-cu ildə yenidən Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə MAHHXHQ əsgər kimi xidmət etməyə başlayıb. Vətən Müharibəsi başlayanda Azərbaycan Ordusunun əsgəri Əkram Abdullayev Cəbrayılın, Füzulinin, Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. 29 oktyabr 2020-ci ildə Laçın uğrunda döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə Əkram Abdullayev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.