2021/04/Scree-1618214643.jpg

line
Adı: Ayvazov
Soyadı: Həsən
Ata adı: Cəlil
Doğum tarixi: 21.08.2000
Şəhid olub: 22.11.2020
Rütbəsi: Çavuş
Təltifləri
«Vətən uğrunda» medalı
21 avqust 2000-ci il tarixində Tovuzun Çatax kəndində doğulub. 2006-cı ildə Şəhid Vaqif Rəhmanov adına Pələkli kənd ümumi orta məktəbinə daxil olub, 2015-ci ildə həmin məktəbin 9-cu sinfini bitirib və təhsilini Hacılar kənd tam orta məktəbində davam etdirib.

2018-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətə gedən Həsən, Tərtər rayonunda “N” saylı hərbi hissədə xidmət edib. Vəzifəsi manqa komandiri, rütbəsi çavuş olub. 2020-ci ilin may ayinda həqiqi hərbi xidmətini başa vuran Həsən sentyabrda qismən səfərbərlik elan olunanda yenidən könüllü olaraq orduya yazılıb və oktyabrın 5-dən etibarən Vətən Müharibəsinə qoşulub.

İşğalçıların ölkəmizdən qovulması, torpaqlarımızın azad olunması uğrunda ağır döyüşlərdə iştirak edib Həsən. Sonuncu döyüşü Suqovuşan uğrunda olub.


Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş hərbi qulluqçulardan biri kimi “Vətən uğrunda” medalı ilə təltif edilib.