Səddam Ələddin oğlu Bayramov 2002-ci ildə Beyləqan rayonunun Təzəkənd kəndində anadan olub. Vətən Müharibəsinin başladığını eşidəndə ailəsindən xəbərsiz cəbhəyə yollanıb.
18 yaşlı Səddam oktyabrın 16-da Suqovuşan uğrunda gedən döyüşlərdə 30-dan çox erməni məhv edib. Yaralı əsgər yoldaşlarını və komandirini döyüş bölgəsindən çıxararkən şəhid olub.
Son 1 ayda itkin düşmüş hesab olunub, valideynləri ondan xəbər ala bilməyiblər. Noyabrın 22-də isə şəhidlik zirvəsinə yüksəldiyi xəbəri gəlib.
Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bayramov Səddam Ələddin oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.