Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsində qəhrəmancasına şəhid olan əsgərlərdən biri də Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Vətən müharibəsinin şəhidi Ruslan Ramiz oğlu Məmmədovdur.
Ruslan Məmmədov 1997-ci il iyunun 6-da Sumqayıt şəhərində anadan olub.
Azərbaycan Ordusunun leytenantı olan Ruslan Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra
"İgidliyə görə", "Laçının azad olunması", "Suqovuşanın azad olunması" və
“Vətən uğrunda” medalları ilə təltif edilib .