Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə vardır. Elə buna görə də onlar şüurlu şəkildə ölümü gözə ala bilirlər. Belə şəhidlərdən biri də Yusifli Məhəmməd Rəhman oğludur.
O, avqustun 23-də Qax rayonunun Almalı kəndində anadan olub. Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Talış kəndinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Talış kənd istiqamətində gedən döyüşlərdə oktyabrın 2-də qəhrəmancasına şəhid olub. Şəhidimiz subay idi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra "İgidliyə görə", "Laçının azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə", və “Vətən uğrunda” medalları ilə təltif edilib.