2021/04/Scree-1618315285.jpg

line
Adı: Abbasov
Soyadı: Zöhrab
Ata adı: Natiq
Doğum tarixi: 17.09.2001
Şəhid olub: 13.10.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı
Zöhrab Natiq oğlu Abbasov 2001-ci il sentyabrın 17-də Ağstafa rayonunun Eynallı kəndində anadan olub. 2007 – 2018-ci illərdə X. İsmayılov adına Eynallı kənd tam orta məktəbində təhsil alıb. Zöhrab 2019-cu ildən ordu sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.



Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Zöhrab Abbasov Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 13-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Abbasovun nəşi uzun müddət tapılmayıb. Dekabrın 16-da Ağstafa rayonunun Eynallı kəndində dəfn olunub.


Dövlətimizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zöhrab Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.