2021/09/efsha-1632696236.jpg

line
Soyad: Hüseynov
Ad: Əfşan
Ata adı: Əbülfəz
Doğum tarixi: 16.03.1996
Şəhid olub: 26.10.2020
Rütbə: baş-leytenant
Təltifləri
«Azərbaycan Bayrağı» ordeni«Vətən uğrunda» medalı«Cəbrayılın azad olunmasına görə» medalı
Əfşan Hüseynov 1996-cı il martın 16-da Tovuz rayonunun Əsrik Cırdaxan kəndində dünyaya göz açıb. 2002-2013-cü illərdə Əsrik Cırdaxan kənd tam orta məktəbində, 2013-2017-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsil alıb.

Əfşan zabit şərəfini hər zaman üstün tutaraq, şəxsi heyətin önündə gedib. Onun sonuncu döyüşləri Füzuli rayonunun Alxanlı kəndi ərazisində olub. Əfşan komandir olaraq bölüyü ilə birlikdə ən çətin tapşırıqları yerinə yetirib, strateji postları alıb. Zabitimiz düşmənin bir neçə tankını, BMP-sini də qənimət olaraq ələ keçirib. Ailəsi ilə cəmi bir neçə dəfə danışsa da, onlara harada olduğunu, nə də yaralandığını deyib.

Anası ilə telefonla danışıq zamanı müddətli hərbi xidmətdə olan qardaşı Elcan barədə məlumat alıb. Bundan sonra rahat olduğunu və hər kəsə hər şeyin yaxşı olacağını bildirib. Əfşan Hüseynov oktyabrın 26-da Füzuli döyüşləri zamanı Alxanlı kəndi istiqamətində şəhid olub. Tovuz rayonunun Əsrik Cırdaxan kəndində dəfn edilib.



Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Əfşan Hüseynov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. Şəhid həmçinin, "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilmişdi.