2021/09/16108-1632696971.jpg

line
Adı: İlqar
Soyadı: Hüseynov
Ata adı: Yaşar
Doğum tarixi: 17.01.2001
Şəhid olub: 28.09.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Ağdamın azad olunmasına görə» medalı«Vətən müharibəsi iştirakçısı» medalı
2020-ci il Azərbaycan tarixinə Qələbə, Zəfər ili kimi yazıldı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun hərb tariximizə yazdığı böyük Qələbə yaddaşlara əbədi həkk olundu.

Sentyabrın 27-dən başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi işğal altında olan torpaqlarımızı sahibinə qaytardı. 44 günlük Vətən müharibəsində, haqq savaşında əldə edilən Qələbə əzəli torpaqlarımıza Böyük Qayıdışın təntənəsi oldu.

Bu gün Azərbaycan qalib bir ölkə kimi bütün dünyaya səs salıbsa, şanlı ordumuzun gücü, qüdrəti sayəsində işğaldan azad edilmiş torpaqlarımızda müqəddəs üçrəngli bayrağımız dalğalanırsa, buna görə Ali Baş Komandanımıza, şəhidlərimizə, əsgər və zabitlərimizə, hərbçilərimizə minnətdar olmalıyıq. Şəhidlərimizin ruhu qarşısında bir ömür boyu baş əyməliyik. "Qarabağ Azərbaycandır!” deyərək Ali Baş Komandanın "İrəli!” əmrini layiqincə yerinə yetirən, Vətən torpaqlarının işğaldan azad olunması uğrunda döyüşən və qəhrəmancasına şəhid olan igid Vətən oğullarından biri də əsgər Hüseynov İlqar Yaşar oğlu dur.

İlqar Hüseynov 17 yanvar 2001-ci ildə Qazax şəhərində anadan olub. 2007-ci ildə Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbin 1-ci sinfinə gedib. 9-cu sinfi bitirdikdən sonra Qazax Dövlət Sosial-İqtisadi Kollecinin elektrik təchizatı ixtisasına daxil olub. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılaraq Ağdam rayonunun Xındırıstan kəndinə göndərilir.

28.09.2020-ci il tarixdə Ağdam rayonu istiqamətində düşmənin hücumunun qarşısını alarkən "N" saylı hərbi hissənin artilleriya batareyasının əsgəri Hüseynov İlqar Yaşar oğlu qəhrəmancasına şəhid olur. Şəhid əsgər şəhərdəki Şəhidlər qəbiristanlığında izdihamla dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən İlqar Hüseynov ölümündən sonra "Vətən müharibəsi iştirakcısı", "Ağdamın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.