2021/04/Scree-8091932945.jpg

line
Adı: Məmiyev
Soyadı: Elmin
Ata adı: Zamin
Doğum tarixi: 22.12.2001
Şəhid olub: 02.10.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Ağdamın azad olunmasına görə» medalı«Vətən müharibəsi iştirakçısı» medalı

Məmiyev Elmin Zamin oğlu 22 dekabr 2001-ci il də Yardımlı rayonunda anadan olub.


Məmiyev Elmin 2020-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə cağrılmışdır.Vətən Müharibəsində iştirak etmiş və 2 oktyabr 2020-ci ildə Ağdamda şəhid olmuşdur.3 oktyabrda Yardımlı rayon Kürəkçi kəndində dəfn olunmuşdur. Ölümündən sonra "Vətən uğrunda" medalı ” ilə təltif olunmuşdur.

Azərbaycan Ordusunun əsgəri olan Elmin Məmiyev 2020-ci il oktyabrın 2-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdam döyüşlərində vuruşaraq şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmiyev Elmin Zamin oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elmin Məmiyev ​ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edilib.