2021/04/Scree-1618392956.jpg

line
Adı: Dənziyev
Soyadı: Orxan
Ata adı: Mübariz
Doğum tarixi: 18.07.2002
Şəhid olub: 15.10.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Suqovuşanın azad olunmasına görə» medalı«Ağdamın azad olunmasına görə» medalı«Vətən müharibəsi iştirakçısı» medalı
Vətənini ürəkdən sevən, çəkinmədən onun yolunda şirin canından keçən mərd oğullardan biri də Orxan Mübariz oğlu Dənziyevdir. Lerik rayonu, Laman kəndindən olan bu dağ vüqarlı igid ulu yurd yerimiz Qarabağ uğrunda gedən haqq savaşımızda şəhid olanda ömrünün 18-ci ilini yaşayırdı.

Qaldı ki, bu qısa zamanda göstərdiyi hünərlə tarixin yaddaşında iz qoymaqla, 44 günlük şanlı zəfərimizin qəhrəmanlıq simvoluna döndü. Orxan yetkinlik yaşına çatanda onun əməllərində Vətənə, millətə, insanlığa bir sevgi görünür. Yurduna, elinə daha çox fayda vermək məqsədilə kolleci bitirir. 2020-ci ildə Milli Ordu sıralarına yola düşəndə əsas amalı sinəsini yanar od edib təcavüzkar erməni dığaların bağrını çatlatmaq olur. Ürəyinin bu istəyini əsas götürərək əsgərlik həyatı ön cəbhədən başlanır. Çox keçmir nümunəvi xidməti, hərbi təlimlər zamanı döyüş igidliyi, ən əsası torpağına bağlılığı onu əsgərlərin, komandirlərin sevimlisinə çevirir. Orxan cəbhə xəttində dəfələrlə yağı düşmənlə qarşı-qarşıya gəlir.

Artıq üç ay idi əsgər Orxan Dənziyev Vətən qarşısında övladlıq borcunu ləyaqətlə, vicdanla yerinə yetirirdi. İkinci Qarabağ müharibəsi başlanır. Orxan tərəddüd etmədən müharibə meydanına girir və 30 ilə yaxın Vətən torpaqlarını əsarətdə saxlayan düşməndən sona qədər döyüşərək qisasını alacağına and içir. "Qarabağı biz alacağıq" deyib, döyüşə yollanan 18 yaşlı qəhrəman. Söhbət vətən müharibəsində tarix yazan igid Ağdərə-Tərtər istiqamətində cəngavər kimi döyüşərək erməni dığalarına ağır itkilər verir. Torpağın hər qarışı uğrunda can qoyan, mərdliklə vuruşan Orxan 2020-ci il 15 oktyabrda qəfil atılan yağı gülləsinin qurbanı olur.



Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Orxan Mubariz oğlu Dənziyev ölümündən sonra "Vətən müharibəsi iştirakçısı", "Ağdamın azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.