2021/04/Scree-1618394921.jpg

line
Soyad: Abışov
Ad: Tacəddin
Ata adı: Elşən
Doğum tarixi: 27.11.2001
Şəhid olub: 09.10.2020
Rütbə: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Suqovuşanın azad olunmasına görə» medalı«Ağdamın azad olunmasına görə» medalı
Tacəddin Elşən oğlu Abışov 2001-ci il noyabrın 27-də İmişli şəhərində anadan olub. Tacəddin 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Oktyabrın 9-da Ağdərədə şəhid olub. İmişli şəhərində torpağa tapşırılıb.



Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacəddin Abışov ölümündən sonra "Vətən uğrunda" , "Ağdamın azad olunmasına görə" "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.