Laçın Rasim oğlu Alıyev 1992-ci il, yanvarın 22-də Goranboy rayonunun Yəhərçi Qazaxlar kəndində anadan olub. 2012-ci ildən ömrünün sonunadək hərbi xidmətdə olub.
Azərbaycan Silahlı Qüvvələrinin giziri Laçın Alıyev Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda döyüşüb.
O, oktyabrın 25-də Füzulinin Kürdlər kəndində şəhid olub. Şəhid gizir Goranboy rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərdə göstərdiyi igidliyə görə Laçın Alıyev Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda" , “Füzulinin azad olunmasına görə” “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.
Ailəli idi. Bir qız, bir oğul övladı yadigar qalıb.