Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsində qəhrəmancasına şəhid olan əsgərlərdən biri də Azayev Ülvidir.
Ülvi Maqsud oğlu Azayev 2001-ci il dekabrın 4-də Kürdəmir rayonunun Ərəbqubalı kəndində anadan olub. O, 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək, Talış kəndi döyüşlərində oktyabrın 2-də şəhid olub.
Ülvi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, ölümündən sonra "İgidliyə görə" , "Laçının azad olunmasına görə" , "Suqovuşanın azad olunmasına görə" və “Vətən uğrunda” medalları ilə təltif edilib.