2021/04/12977-1618417502.jpg

line
Adı: Həbibov
Soyadı: Murad
Ata adı: Asəf
Doğum tarixi: 15.05.2001
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Laçının azad olunmasına görə» medalı
Həbibov Murad Asəf oğlu 15 may 2001-ci ildə Quba şəhərində anadan olub. 2008-ci ildə Quba şəhər 6 saylı tam orta məktəbin 1-ci sinfinə qəbul olub və həmin məktəbi 2019-cu ildə bitirib.Elə həmin ilin iyul ayında hərbi xidmətə çağırılmış və Azərbaycan Ordusu sıralarına qatılıb.



Hərbi xidmətini Goranboy rayonunda başlayıb və hərbi təlimləri bitirdikdən sonra xidmətini davam etdirmək üçün Tərtər rayonuna göndərilib. Murad Həbibov hərbi xidmətdə olarkən komandirləri və döyüş yoldaşları tərəfindən cəsur bir minaatan kimi tanınıb.O,hərbi xidmətini düşmənlə üzbəüz postlarda aparıb.
27 sentyabr 2020-ci ildə torpaqlarımızın azadlığı uğrunda başlayan mübarizəyə ilk qoşulanlardan biri olub.
Belə ki, düşmənin Tərtər rayonu istiqamətində başladığı təxribatçı hücumlarının qarşısını kəsənlər Murad və onun döyüş yoldaşları olub.
Düşmənin hücumlarının qarşısını alan əsgərlərimiz əks-hücuma keçərək düşmənə ağır itkilər verib.
Murad Həbibov 2020-ci ilin 3 oktyabrında Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
5 oktyabr 2020-ci ildə Quba Şəhidlər Xiyabanında dəfn olunub.
2021-ci ilin yanvar ayında Quba şəhərində küçələrin birinə şəhid Həbibov Muradın adı verilib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığına və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Həbibov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Həbibov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib.