Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsində qəhrəmancasına şəhid olan əsgərlərdən biri də Rahid Cəfərovdur.
Cəfərov Rahid Namik oğlu 2002-ci il,fevralın 11-də Cəlilabad rayonu Dələli kəndində anadan olub. O, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Talış kəndinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. 3 oktyabrda Talış kənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra "İgidliyə" görə , "Laçının azad olunmasına görə medalı, “Vətən uğrunda” medalı ilə təltif edilib.