2022/01/tebri-4926049656.jpg

line
Adı: Bəkirov
Soyadı: Təbriz
Ata adı: Etibar
Doğum tarixi: 26.01.1993
Şəhid olub: 08.10.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Suqovuşanın azad olunmasına görə» medalı«Ağdamın azad olunmasına görə» medalı«Vətən müharibəsi iştirakçısı» medalı
Təbriz Bəkirov 1993-cü il yanvarın 26-da Ucar rayonunun Bağırbəyli kəndində anadan olub. 1999-2003-cü illərdə Bağırbəyli kənd tam orta məktəbində, 2004-2010-cu illərdə Ucar şəhərində 1 nömrəli tam orta məktəbdə təhsil alıb.


2010-2014-cü illərdə Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) təhsilini davam etdirib. Təbriz Bəkirov 2014-2015-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 8-də Ağdərə istiqamətində şəhadətə qovuşub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Təbriz Bəkirov ölümündən sonra "Vətən müharibəsi iştirakçısı", "Ağdamın azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə", "Vətən uğrunda" medalları ilə təltif edilib.