2021/04/1174c-1618486122.jpg

line
Adı: İlyasov
Soyadı: Bəhrəm
Ata adı: Nizam
Doğum tarixi: 30.11.1998
Şəhid olub: 04.10.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Suqovuşanın azad olunmasına görə» medalı«Ağdamın azad olunmasına görə» medalı
İlyasov Bəhrəm Nizam oğlu 30noyabr,1998-ci ildə Kəlbəcər rayonunun Bozlu kəndində anadan olub. Bərdə rayonunun Yeni Əyricə kəndində yaşayırdı.25 yanvar 2001-ci ildə həqiqi hərbi xidmətə çağırılıb.8 avqust 2020-ci ildə isə maxe kimi hərbi xidmətə gedib. Kəşfiyyatcı olub.

2020-ci ilin Tovuz döyüşlərindən sonra Bəhrəm İlyasov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinə gedib və hərbi xidmətə çağırılıb. Təlim mərkəzlərindən birində kurs keçdikdən sonra "N" saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi hərbi xidmətini davam edib.

İlyasov Bəhrəm Nizam oğlu 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində iştirak edib. 4 oktyabr,2020-ci ildə tarixində Suqovuşan uğrunda gedən döyüşdə şəhadətə yüksəlib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Bəhrəm İlyasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən, Bəhrəm İlyasov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhrəm İlyasov ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edilib.
İlyasov Bəhrəmin atası Nizam İlyasov da Birinci Qarabağ müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə vuruşub.Qarabağ müharibəsi veteranı, şəhid atası Nizam İlyasov İkinci Qarabağ müharibəsi zamanı döyüşə getmək arzusunda olub. Oğlunun şəhid olduğu ərazilərə yaxından bələd olduğu üçün orada düşməni məhv etməyin daha asan olacağını düşünüb. Çünki Nizamın Birinci Qarabağ müharibəsi zamanı döyüş yolu həmin yerlərdən keçib. Uzun illər Vətən torpaqlarının erməni vandallarının işğalı altında qalması bir Vətən oğlu kimi, onu hər zaman narahat edib. Bu işğala son qoyulacağı anı səbirsizliklə gözləyib.Oğlu haqqında danışarkən deyir:"Xaraktercə çılğın idi. Görəcəyi hər hansı iş barədə dərhal qərar qəbul etməyi vardı. Uşaq yaşlarından mənə evdə təsərrüfat işlərində ən böyük yardımçım olub."