Nəriman həqiqi hərbi xidmətini başa vurmasına baxmayaraq 21 sentyabr 2020-ci il tarixində yenidən ordu sıralarına cəlb olunub. İşğalda olan vətən torpaqlarımızın azad edilməsi üçün Nəriman canla başla xidmətə yollanıb. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak edib, Cəbrayıl, Füzuli və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə vuruşub,
27 oktyabrda Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Şəhid Nəriman Əlizadə 29 noyabr 2020-ci il tarixində Biləsuvar şəhər məzarlığında dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nəriman Əlizadə ölümündən sonra "
Vətən uğrunda" , Xocavənd və Füzuli rayonlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün
"Xocavəndin azad olunmasına görə" və "
Füzulinin azad olunmasına görə" və Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə
"Cəsur döyüşçü" medalları ilə təltif edilib.