2021/04/yaral-1618636573.jpg

line
Adı: İsayev
Soyadı: Vüsal
Ata adı: Firdovsi
Doğum tarixi: 05.04.1983
Şəhid olub: 05.10.2020
Rütbəsi: MAHHXHQ kiçik çavuş
Təltifləri
«Vətən uğrunda» medalı«Laçının azad olunmasına görə» medalı
Şəhid, kiçik çavuş, həkim İsayev Vüsal Firdovsi oğlu 1983-cü il,aprelin 5-də Yevlax şəhərində anadan olub. Ağdam Dövlət Sosial-İqtisadi Kollecində təhsil alıb.

Uşaq vaxtlarından vətənpərvərliyi ilə seçilən Vüsal müxtəlif sahələrde çalışsa da, Vətənə olan sevgisi onu yenidən könüllü olaraq hərbi xidmətə yolanmağına səbəb olub. 2014- cü il iyunun 25- i sanitar təlimçisi kimi xidmətə başlayıb. Vətən müharibəsi başlayan ilk gündən böyük şücaət və əzmlə döyüşlərdə iştirak edib.
Həyat yoldaşı Məryəm İsayeva ilə son telefon danışığında övladlarını ona tapşıraraq,"övladlarim öncə Allaha sonra sənə əmanət edirəm. Sən güclü insansan , özünü və uşaqları qoru. Özünüzə yaxşı baxın" deyib. O, 5 oktyabrda Suqovuşan istiqamətində gedən döyüşlərdə yaralı əsgərlərə kömək edən zaman pusquya düşərək qəhrəmancasına şəhid olub.



Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən,Vüsal İsayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən, Vüsal İsayev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib.

Məryəm İsayeva ilə ailəli idi. Firdovsi adında oğlu və Leyla adında qızı yadigar qalıb.