2021/04/hqdef-1618637251.jpg

line
Adı: Fərid
Soyadı: Məhərrəmov
Ata adı: Asif
Doğum tarixi: 08.02.2002
Şəhid olub: 05.10.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Suqovuşanın azad olunmasına görə» medalı«Laçının azad olunmasına görə» medalı
Tarixə nəzər salsaq görərik ki, Azərbaycanın başı zaman-zaman mənfur düşmənlərdən və onun havadarlarından bəlalar çəkmiş, minlərlə şəhidi olmuşdur. İllərlə başıbəlalı Azərbaycan xainlər tərəfindən parçalanaraq bölündü, bölünərək parçalandı. Lakin buna baxmayaraq, Azərbaycan hələ də mərd, qəhrəman oğulları sayəsində əyilməzliyini, məğrurluğunu qoruyub saxladı.

...27 sentyabr 2020-ci il! Azərbaycanın şanlı səhifələrinə qürurla yazılmış tarixi bir gün! Elə bir tarix ki, möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə rəşadətli ordumuz, igid, qorxmaz Azərbaycan əsgərləri 44 günlük Vətən müharibəsində canları-qanları bahasına vətən torpağından yağı düşməni “iti qovan kimi” qovdular, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər.

Əlbətdə, heç bir müharibə qansız, itkisiz keçmir. Bu 44 günlük Vətən müharibəsində qəhrəman xalqın qəhrəman oğulları yetişdi - qazilərimiz, şəhidlərimiz oldu. Onlardan birir də Məhərrəmov Fərid Asif oğludur.



...Beş ay idi hərbi xidmətdə qulluq edirdi Fərid. O, 44 günlük Vətən müharibəsində mərdliklə döyüşdü. Talış kənd və Suqovuşan yaşayış məntəqəsinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. 5 oktyabrda Talış kənd və Suqovuşan yaşayış məntəqəsinin azad olunması uğrunda gedən döyüşlərdə həlak olub..

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra "İgidliyə görə", "Laçının azad olunması", "Suqovuşanın azad olunması" “Vətən uğrunda” medalı ilə təltif edilib.