2021/09/samsu-1632343014.jpg

line
Adı: Samsun
Soyadı: Babayev
Ata adı: Şəmsəddin
Doğum tarixi: 03.04.2001
Şəhid olub: 06.10.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Suqovuşanın azad olunmasına görə» medalı«Laçının azad olunmasına görə» medalı
Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik hiss, cəsurluq, müsbət əxlaq, əqidə yatır. Elə buna görə də onlar şüurlu şəkildə ölümü gözə ala bilirlər. Belə vətənpərvər oğullarımızdan biri də Samsundur.

Samsun Şəmsəddin oğlu Babayev 2001-ci ildə Qax rayonunun Qapıçay kəndində dünyaya göz açıb. 2007-ci ildə orta məktəbə gedib. Cox sakit təbiətli uşaq olub. Məktəb tədbirlərində fəal iştirak edib.

Müəlliməsi deyir ki, "Həmişə çalışırdım, tədbirlərdə iştirak etsin, çünki ondan gözəl nəticələr alırdım. Ancaq çox imkansız, kasıb ailə idilər. Bir də görürdün dərsə gəlməyib. Maraqlanırdim, deyirdilər, ayaqqabısı yoxdur"...


Samsun 2019-cu ildə həqiqi hərbi xidmətə yola düşüb. Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Talış kəndi və Suqovuşan yaşayış məntəqəsinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. O, 6 oktyabrda Talış və Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları əsasında şəhidimiz ölümündən sonra "İgidliyə görə" , "Laçının azad olunmasına görə" , "Suqovuşanın azad olunmasına görə" “Vətən uğrunda” medalları ilə təltif edilib.