2021/04/Elnur-1618646135.jpg

line
Adı: Abışov
Soyadı: Elnur
Ata adı: Şaiq
Doğum tarixi: 01.09.1997
Şəhid olub: 06.10.2020
Rütbəsi: MAHHXHQ əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Suqovuşanın azad olunmasına görə» medalı«Laçının azad olunmasına görə» medalı
24 yaşlı şəhid Elnur Abışov 1 sentyabr 1997-ci ildə Kürdəmir rayonunun Qarasu kəndində anadan olub. Elnur Aprel döyüşlərinin fəal iştirakçısı olub. Hərbi xitmətini başa vursa da, vətənə olan sevgisi onu hərbidən kənarda çox saxlaya bilməyib. Yenidən müddətdən artıq hərbçi kimi xidmətə başlayıb.

Vətən müharibəsinə qardaşıyla birgə yollanıb. Ailənin iki övladı torpaqlarımızın azad olunması uğrunda döyüşərək biri qazi, digəri isə şəhid adını alıb.

Şəhidimizin anası Təranə Abışova Elnur haqqında danışanda bildirir ki, onu evləndirmək istəyiblər. Ancaq Elnur hər şeydən əvvəl torpaqlarımızın azad edilməsini özünə borc bilib.

Şəhidin atası Şaiq Abışov bildirir ki, böyük qardaşı hərbiyə yazıldığı üçün Elnur da bu yolu seçib: “Hərbi xidməti Füzulidə olmuşdu, Aprel döyüşlərində də iştirak etmişdi”.



Vətən müharibəsinin elə ilk günündən döyüşlərdə iştirak edən qəhrəman şəhidimiz Elnur Abışov Suqovuşan və Talış kəndi istiqamətində gedən döyüşlərdə düşmənin texnikalarını və xeyli sayda canlı qüvvəsini məhv edib. Oktyabrın 6-da qəhrəmancasına şəhid olub.

Hazırda şəhid Elnur Abışovun qardaşı Səfalı xidmətini davam etdirir.



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elnur ölümündən sonra "İgidliyə görə", "Laçının azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" və “Vətən uğrunda” medalları ilə təltif edilib.