Sadiq Nüsrət oğlu Nəcəfli 2000-ci il iyunun 22-də Biləsuvar rayonunun Yuxarı Cürəli kəndində anadan olub.
O, 2017-ci ildən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsil alırdı və IV sinif Kursantı idi. 2020-ci ilin sentyabrda Vətən müharibəsinin başlayan zaman Sadiq Nəcəfli "kiçik leytenant" rütbəsi ilə müharibəyə yollandı.
Sadiq Nəcəfli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Sadiq Nəcəfli noyabrın 8-də Şuşanın işğaldan azad olunması uğrunda gedən döyüşlər zamanı şəhid olub . O, Biləsuvar rayonunda dəfn olunub.
Azerbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Sadiq Nəcəfli ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.