Nuriyev Saleh Səxavət oğlu Vətən Müharibəsinin ən gənc şəhidlərindən biridir. 18 iyul 2002-ci ildə doğulan Salehin cəmi 18 yaşı var idi.
Saleh Nuriyev kabel-xətt manqasının xətt nəzarətçisi kimi xidmətini yerinə yetirib.
Qubadlı uğrunda gedən döyüşlərdə 16 oktyabr 2020-ci il tarixində artilleriya atəşi nəticəsində şəhid olub.
Prezident İlham Əliyev tərəfindən Hərbi xidmətlərə görə, "Cəbrayılın azad olunmasına görə, "Qubadlı azad olunmasına görə" medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!
memorial.az