Məmmədov Nemət Faxrəddin oğlu Vətən Müharibəsinin gənc şəhidlərindən biridir.
1 iyul, 2000-ci ildə Goranboyun Xoylu kəndində doğulan Nemət motoatıcı manqasının komandiri kimi hərbi xidmətini yerinə yetirib.
17 oktyabr 2020-ci ildə Qubadlı uğrunda gedən döyüşlərdə artilleriya atəşi nəticəsində şəhid olub.
Prezident İlham Əliyev tərəfindən Hərbi "Döyüşdə fərqlənməyə görə", "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.