Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə var. Elə buna görə də şüurlu şəkildə ölümü gözə ala bilirlər. Belə şəhidlərdən biri də Coşqun Ənvər oğlu Bayramovdur.
Coşqun Bayramov 1991-ci il mayın 25-də Qəbələ rayonunun Qəmərvan kəndində anadan olub. Orta təhsilini Qəbələ rayonu Kiçik Əmilli kənd məktəbində alıb.
2009 cu ildə hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Beyləqan rayonundakı hərbi hissədə çavuş kimi başa vurub. 2020-ci ilin sentyabrın 21-də başlayan hərbi təlimlərə qatılıb, 27-də isə Vətən Müharibəsində torpaqlarımızı qorumağa üz tutub. Oktyabrın 6-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Qəbələ rayonunun Qəmərvan kəndində torpağa tapşırılıb.
Bir oğlu yadigar qalıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra "İgidliyə görə", "Laçının azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə", “Vətən uğrunda” medalları ilə təltif edilib.