2021/09/EpnU3-1631970254.jpg

line
Adı: Abdullayev
Soyadı: Vaqif
Ata adı: Rəşid
Doğum tarixi: 15.10.1996
Şəhid olub: 06.10.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Laçının azad olunmasına görə» medalı
Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə var. Elə buna görə də onlar şüurlu şəkildə ölümü gözə ala bilirlər. Belə şəhidlərdən biri də Vaqif Abdullayevdir.

Abdullayev Vaqif Rəşid oğlu 1996-cı il oktyabrın 15-də Ağsu rayonunun Hacıqədirli kəndində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Vaqif Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Laçının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Vaqif Abdullayev oktyabrın 6-da Laçında gedən döyüşlər zamanı yaralı yoldaşlarını çıxararkən şəhid olub. Ağsu rayonunda dəfn olunub.



Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamlarına əsasən Vaqif Abdullayev ölümündən sonra "Vətən uğrunda" və "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib.