2021/04/kenan-1618860518.jpg

line
Adı: Ələkbərli
Soyadı: Kənan
Ata adı: Müşfiq
Doğum tarixi: 15.05.1996
Şəhid olub: 09.10.2020
Rütbəsi: MAHHXHQ əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Suqovuşanın azad olunmasına görə» medalı«Laçının azad olunmasına görə» medalı
Yüzlərlə, minlərlə Vətən övladı işğal altındakı torpaqlarımızın murdar erməni tapdağından qurtulması üçün canlarından, sağlamlıqlarından keçdilər. Onlardan biri də şəhid Kənan Müşfiq oğlu Ələkbərlidir.

Çavuş Kənan Ələkbərli 1996-cı ildə rayonun Qızılhacılı qəsəbəsində anadan olub. 2020-ci ilin sentyabrın 20-dən MAXEHQ kimi işləməyə başlayıb. Vətən müharibəsi başlayan gündən döyüşlərə könüllü yolanıb və Suqovuşan - Ağdərə istiqamətindəki döyüşlərdə fəal iştirak edib. 9 oktyabr 2020-ci ildə həmin istiqamətdə gedən döyüşlərdə şəhid olub. Oktyabrın 11-də Qızılhacılı qəbiristanlığında-ikinci Şəhidlər Xiyabanında dəfn olunub…

Atası Müşfiq Birinci Vətən Müharibəsinin qazilərindəndir.

Kənanın əmisi Cabbar Ziyyəddin oğlu Ələbərov isə Birinci Vətən Müharibəsinin qəhrəmanlarından, şəhidlərindəndir.
26 yaşlı Kənan yeni nişanlanmışdı.


Kənan Ələkbərli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən,ölümündən sonra "İgidliyə" görə , "Laçının azad olunmasına görə" , "Suqovuşanın azad olunmasına görə" medalı, “Vətən uğrunda” medalları ilə təltif edilib.